#Şeir #Poeziya #BəxtiyarVahabzadə #Edebiyyat #ŞairTural Hüseynov - Şəhidlər şeiri #Xocavənd #Şeir #Səhidlər #Şehid #QarabağTural Huseynov2023-08-26 | ...İqbal Ağazadə - Şeir #Şeir #Poeziya #ƏdəbiyyatTural Huseynov2023-08-24 | ...Ramiz Rövşən - Mənim üzüm gülən deyil #Poeziya #RamizRövşən #Şeir #ƏdəbiyyatTural Huseynov2023-08-05 | ...Tural Hüseynov - Sən elə bilirsən [ Cəlil Cavanşirin şeiri ]Tural Huseynov2023-08-03 | Şeir:Cəlil Cavanşir Səs: Tural Hüseynov [ @turalhuseyn0v ]
Sən elə bilirsən, məni tərk etsən göy üzü çökəcək, ulduz axacaq gecə düşməyəcək, gün doğmayacaq? Gör kimlər tərk edib, unudub, atıb eh, hardan biləsən səndən öncə də bunu yaşamışam bir az darıxıb sonra alışmışam bu get-gəllərə. bilirsən, əvvəl də gedən çox olub gör kimlər ağladıb, kimlər ovudub. sonra peşman olub geri dönənlər arxamca qan-qarğış edən də olub ürək üzü bərkdir, çoxdan unudub. çoxdan unudulub çıxıb gedənlər. sən də hamı kimi çıxıb gedirsən nə fərqi kimsə var, ya kimsə yoxdu. bizdə qadın çoxdu kişi sayından bir də nə fərqi var sevənim çoxdu? Vallah, vicdan haqqı inan sözümə hələ ki, yerinə namizəd yoxdu… gedirsən, bu qədər kandarda durma qapını tez bağla hava soyuqdu… məndən gedənlərdən xəbər al, soruş. yaman laqeyidəm etibarsızam. “yaman unutqanam, ürəyi daşam.” sənə deyəcəklər necə adamam. sənə deyəcəklər necə “oğraşam”. mən yorğun adamam, bağışla, çıx get çıx get, nə qədər ki, ağlamamışam. sən elə bilirsən bütün şairlər içir, tənha qalır, sonra ağlayır? sən elə bilirsən tərk edilənlər dəbdən yox, dərdindən saqqal saxlayır? sən elə bilirsən, həzin mahnılar sənin boşluğunu doldurmayacaq? elə bilirsən ki, daha bu evdə heç kəsə şeirlər oxunmayacaq? vallah vicdan haqqı, narahat olma. vallah düz sözümdü, çıx get, yubanma məni xoşbəxt etmir birlikdə olmaq mənim ki, yalqızlıq, təklikdi ancaq. bir də qadan alım açarı qoy get, qapını bağlama, gələn olacaq.
#Şeir #Poeziya #Ədəbiyyat #RamizRövşən #Bakı #Azərbaycan #Şair #SözlərRamiz Rövşən - Bu şəhərdə ən gözəl iş [ Şeir ] #Ədəbiyyat #Poeziya #RamizRövşən #ŞeirTural Huseynov2023-07-31 | ...Məhəmməd Hüseyn Şəhriyar - Ulduz sayaraq [ Şeir ] #Şeir #Poeziya #ƏdəbiyyatTural Huseynov2023-07-30 | ...Nüsrət Kəsəmənli - Bəhanəsiz get [Şeir] #Poeziya #Edebiyyat #ŞeirTural Huseynov2023-07-30 | ...Rasim Balayev - Yaxşılar [Şeir] #Poeziya #RamizRövşən #ŞeirTural Huseynov2023-07-29 | ...Cabir Novruz - Sağlığında qiymət verin insanlara [ Şeir ] #Poeziya #Edebiyyat #ŞeirTural Huseynov2023-07-29 | ...Tural Hüseynov - Üşüdünsə, bağışla [Orxan Bahadırsoyun Şeiri]Tural Huseynov2023-04-13 | instagram @turalhuseyn0v Vıdeo Cover: Tural Huseynov
Bir dost gəlib deyə ki, Dərd eləmə, düzələr, Payızdır da, payızda, Yağır belə yağışlar. Bir də Tanrının səsi Titrədə yeri, göyü, Üzgün-üzgün deyə ki, Üşüdünsə, bağışla.
Bir yandan anam gələ, Əlində yun jaketim, Dillənə ki,soyuqdur, Bürün buna, ay bala. Beləcə dostum kimi, Beləcə Tanrı kimi, Beləcə anam kimi Hamı qayğıma qala.
Mənsə səndən nigaran, Bir mesaj yazam sənə, Soruşam ki, necəsən, Soyuqdan üşümürsən? Hamı məni düşünür, Mənim vecimə deyil, Mənə sən maraqlısan, Sən məni düşünürsən?
Yazam bir dostun kimi. Dərd eləmə, düzələr, Payızdır da, payızda Yağır belə yağışlar, Əynini qalın geyin, bir yun jaketə bürün, Sən mənim yoxluğuma, Üüdünsə, bağışla.
#Şeir #Şair #PoeziyaKlubu #Şeirlər #Poeziya #Kitab #Azerbaycan #Bakı #RamizRövşən #XəzərSüleymanlı #Payız #YagışVətən necə sağ olsun? | Tural HüseynovTural Huseynov2022-11-08 | "Vətən necə sağ olsun?"
Şəhid qucaqlamaqdan, Yorulmurmu qolları. Harda uyutsun vətən, Bu qədər oğulları?
Anaların yanında, Üzü necə ağ olsun. Bu qədər şəhid verən, Vətən necə sağ olsun?
Doydu şəhid qanına, Yurdun daşı, torpağı. Tabutlarda görməyək, Biz üç rəngli bayrağı.
Məni narahat edən, Vicdadının səsidir. Yoxsa mən də bilirəm, Ən gözəl, ali məkan, Şəhidlik zirvəsidir.
Xocavənd rayonu'nun İkinci Vətən Müharibəsi Şəhidləri;
Şəhid Balakişiyev Qara Əmirxan oğlu (11.07.1994 - 27.09.2020) Şəhid Fərəcov Zülfüqar Museyib oğlu (27.04.1977 - 28.09.2020) Şəhid Mirzəyev Elmin Əvəz oğlu (20.02.1995 - 02.10.2020) Şəhid Namazov Xəyal Xudaverdi oğlu (23.05.1986 - 03.10.2020) Şəhid Göyüşov Məzahir Niyaz oğlu (07.03.1992 - 30.09.2020) Şəhid Nüsrətli Ceyhun Aqil oğlu (08.04.1995 - 29.09.2020) Şəhid Hüseynov Sahil Habil oğlu (12.07.2001 - 09.11.2020) Şəhid Abdullayev Tural Bəylər oğlu (02.02.1993 - 24.10.2020) Şəhid Quliyev Şirxan İsmixan oğlu (02.09.1995 - 06.11.2020) Tağıyev Elzamin Eyvaz oğlu (11.08.1992 - 09.11.2020)
Ruhunuz şad olsun.
#ŞəhidlərÖlməzVətənBölünməz #Şəhid #Vətən #Qarabağ #Xocavənd #Hadrut #Beyləqan #Şeir #Şair #PoeziyaKlubu #Poeziya #Edebiyyat #Kitab #XəzərSüleymanlı #RamizRövşən #Şeirlər #XəzərSüleymanlıElvin Nasir ~ Qanmaz / 2022 / #Şeir #Poeziya #Edebiyyat #Şair #ElvinNasirTural Huseynov2022-09-04 | ...Gəlmə / Vaqif Səmədoğlu / Mehriban Zəki / Ayrılığın evini yıxmaTural Huseynov2021-07-19 | #VaqifSemedoglu #MehribanZəki #GəlməNe Güzel Adamlar Var / Cemal SüreyaTural Huseynov2021-03-12 | "Ne Güzel Adamlar Var"
Şeir:#CemalSüreya Səs:@mirixalid
Nə gözəl adamlar var; Sevən, Darıxan, Gözləyən, Xəyanət nədir bilməyən, Aşiq olabilən. Və bir də qadınlar var; Belə adamlara heç rast gəlməyən.
#VüqarBiləcəri #VuqarBileceri #Şair #Meyxana #Şeir #Poeziya #EdebiyyatBu gün elə bil ki, tanımır məni | Xəyalə QuliyevaTural Huseynov2020-07-20 | Vaqif Səlimov | Yal Verdiklərim
Bu gün elə bil ki, tanımır məni, Dünən adam bilib, əl verdiklərim. Üzünüzdən iraq, danır dünəni; Yalın ayağına "nal" verdiklərim .
Kiminə qul oldum, kiminə ata, Dar gündə əl atdım, qoymadım bata, İnanmırdım məni qəpiyə sata, Yolunda yüzlərlə pul verdiklərim.
Kimdən dostluq umdum, qəhər gətirdi; Dedim:çiynimdə gəz, yəhər gətirdi, Əlində qarşıma zəhər gətirdi, Əlimlə həmişə bal verdiklərim.
Vaqif, uzatmayaq çox da söhbəti, Bir yönlü dostunu görmədim qəti, Özünə hürmədi heç kəsin iti, Mənə mırıldadı, yal verdiklərim.
#Pünhanİsmayıllı #BuGünEləBilkiTanımırMəni #Şair #Şeir #Poeziya #EdebiyyatGedəsən | Elçin MirzəbəyliTural Huseynov2020-07-19 | · Elçin Mirzəbəyli · "Gedəsən" Qurtulub bu qul köçündən, Nəyin var alıb gedəsən. Milyonlarla yol içindən, Yolunu bulub gedəsən.
İlhamın yorulan yerdən, Bulanıb durulan yerdən, Son dəfə qırılan yerdən, Qələmi yonub gedəsən.
Yol bitsə də dönməyəsən, Dünya qopsun,dinməyəsən. Təkcə dizə enməyəsən, Çatlayıb, sınıb gedəsən.
Tapdalayıb tabuları, Bu qondarma yapıları. Çırpıb bütün qapıları, Cəhənnəm olub gedəsən.
#ElçinMirzəbəyli #Şair #Edebiyyat #VicdanHaqqı #Şeir #Poeziya #PoeziyaKlubuŞükür | Ramiz RövşənTural Huseynov2020-07-16 | · Ramiz Rövşən · "Şükür" Şükür hər ötən axşama, Hər gələn sabaha şükür. Şükür çiynimdə başıma, Başımda papağa şükür.
Qapım döyülür deyəsən, Cəlladmısan,Əcəlmisən? Hər kimsənsə xoş gəlmisən, Hər gələn qonağa şükür.
Buyur, boynumu baltala. Getsəm də torpaq altına, Yenə də, lənət şeytana, Yenə də Allaha şükür.
#RamizRövşən #Şükür #Şeir #RamizRovsen #Edebiyyat #Şeir #Şair #Poeziya #BirazPoeziya #NusretKesemenli #VaqifSemedogluSonuncu Teleqram | Salam SarvanTural Huseynov2020-07-14 | · Salam Sarvan · "Sonuncu teleqram" Alın yazısında imza yeri boş, Edam fərmanıdır, qollamaq olmur. Nifrət elədiyin ayağını da, Bir addımdan uzaq tullamaq olmur.
Dayan bir dəqiqə bir «yox» de mənə, Hər gecə yuxuma girib yatan qız. Adamı arxadan gəlib ötərlər, Ay məni qarşıdan gəlib ötən qız.
İndi bu qış ömrü sürüşmək gərək, Bizi qar ötürər, dolu qarşılar. Bu da ki sonuncu teleqramım: Mən gələr olmadım, yolu qarşıla.
#SalamSarvan #Şeir #Şair #Poeziya #Edebiyyat #VicdanHaqqı #Şeirlər #RamizRövşən #NərimanHəsənzadə #RamizRovsen #NusretKesemenli #VaqifSemedoglu #Kitab #SözlərQarışqa ömrü | Ramiz RövşənTural Huseynov2020-07-13 | · Ramiz Rövşən · "Qarışqa Ömrü" Yaşamaq, doğrudan, çox gözəl işdir, Bir az pulun olsun, bir az imkanın. Dörd yanın şıdırğı alış-verişdir; Arzu bazarıdıe, ümid dükanı.
Dolan bu bazarı, atam balası, Simiclik eləmə qəpik-quruşa. Lənkəran limonu, Şəki halvası, Turşu şirinə qat, şirini turşa.
Hələ o şütüyən maşınlara bax, Baxıb için-için bir az yan hələ. Sənə də bir maşın yetirər Allah, Bir az səbrini bas, cavansan hələ.
Hələ ki bu metro düşüb baxtına, Axına qarışıb sən də axarsan. Girib “Baksovet”də yerin altına, Montində xortdayıb yerdən çıxarsan.
Belə yaşayarsan ömrünü hər gün, Axı kim deyir ki, sən pis gündəsən?. Qarışqa ömrüdür hələ ki ömrün, Yerin gah altında, gah üstündəsən.
Darıxma, qarışqam, az qalıb yaza, səni sevindirər bu gələn bahar. Atlı qarışqasan, bəlkə, haçansa, Hələ qanadlanıb uçmağın da var.
Mən də qarışqayam, qadası, mən də, Bunu yazdım sənə mən öz adımdan. Yəqin bu yerlərdən uçub gedəndə Mənə əl eləmək çıxmaz yadından.
#RamizRövşən #Şair #AtamBalası #Edebiyyat #BirazPoeziya #Poeziya #ŞeirSəni sənə bağışladım | Baba VəziroğluTural Huseynov2020-07-13 | · Baba Vəziroğlu · "Səni sənə bağışladım"
Olan -oldu keçdi deyib, Səni yenə bagışladım. Sevdim səni bircə kərə, Dönə-dönə bağışladım.
Bağışladım səni yenə, Bağışladım dönə-dönə. Tanrı səni verən günə, Sevən günə bağışladım.
Səninlə bir keçdiyimiz, Dilləndi hər cığır,hər iz. Bir yerdə and içdiyimiz, Aya-günə bağışladım.
Doğma əziz bir küçəyə, Sənsiz ötən hər gecəyə. Boynu bükük bir çiçəyə, Solan günə bağışladım.
Bu dünyada onu bilki, Sən eşqimin sonu,ilki. Səndən başqa kimim varki ? Səni sənə bağışladım, Səni yenə bağışladım.
#Şair #Şeir #BabaVəziroğlu #Poeziya #Edebiyyat #Şeirlər #BabaVeziroğlu #Kitab #Yazar #Yazıçı #Sözlər #BirazPoeziyaTərbiyəli olmaq, əxlaqlı olmaq; qorxaq olmaq demək deyil!Tural Huseynov2020-07-12 | Tərbiyəli olmaq, əxlaqlı olmaq; qorxaq olmaq demək deyil və həyasız olmaq; Cəsarətli olmaq demək deyil.
#RamizRövşən #RamizRovsen #Şair #Şeirlər #Şeir #Edebiyyat #Poeziya #AtamBalasıAllah şeiri | Ramiz RövşənTural Huseynov2020-07-11 | · Ramiz Rövşən · "Sənsən mənim solum-sağım"
Sənsən mənim solum-sağım, Sənsən yaxınım-uzağım, Səndən özgə kim var axı, Meydanda, Allah?
Keşikçisən, yerin uca, Dustağınıq gündüz-gecə, Dünya adlı bu qopqoca, Zindanda, Allah.
Nə bir dinib-danışırsan, Nə hal-əhval soruşursan, Bir ruh kimi dolaşırsan, Hər canda, Allah.
Sənsən hamının son andı, Sənsiz nə varsa, yalandır, Mələk də sənin qulundur, Şeytan da, Allah.
Gözümüzü özün qapa, Göz yumunca haqqı tapaq, Hər ağızdan bir söz qopar, Son anda, Allah.
#RamizRövşən #RamizRovsen #Şair #Edebiyyat #Poeziya #Şair #Şeirlər #NusretKesemenli #VaqifSemedogluNə var Allahdan yuxarı? | Ramiz RövşənTural Huseynov2020-07-11 | Ramiz Rövşən "Nə var Allahdan yuxarı?" Nə var Allahdan yuxarı?, Nə var qəbirdən aşağı?. Çəkdiyim ahdan yuxarı?, Bildiyim sirdən aşağı?
Niyə günün gündüzündə, Quşlar azır göy üzündə?. Göz yaşları quş gözündən, Tökülür dən-dən aşağı.
Demə, biz ki, quş deyilik, Allaha tanış deyilik. Ruhum, dur, yığış, gedirik, Sən yuxarı, mən aşağı.
Seni düşünmek güzel şey, Ümitli şey, Dünyanın en güzel sesinden, en güzel şarkıyı dinlemek gibi birşey. Fakat artık ümit yetmiyor bana, Ben artık şarkı dinlemek değil, şarkı söylemek istiyorum.